Sahib Camalın kitabları oxucuların marağına SƏBƏB OLDU – FOTO

Sahib Camalın kitabları oxucuların marağına SƏBƏB OLDU – FOTO

Hazırda oxunan: Sahib Camalın kitabları oxucuların marağına SƏBƏB OLDU – FOTO

251622

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı şair-yazıçı Sahib Camalın imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, S.Camal "Qaldır kirpiyini gözünü görüm", "Göy yıxıldı göydən yerə", "Vətənimdir mənim baş qəhrəmanım", "Bayram yolu", "Mən dərdimi sevirəm" şeirlər kitabınin, həmçinin "Qaçaq Şamil" mənzum romanın müəllifidir.
 

MÖVZU İLƏ BAĞLI:

Elmira Aslanxanlı Turanın imza günü keçirildi - FOTO


Bundan başqa müəllifin"Gökler, kırmızılar ve yeşil için" adlı vətənpərvərlik mövzusunda kitabı türkcə çap olunub.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.


Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO