53 yaşlı Leyli, 65 yaşlı Məcnun olar? – Gündəm olan məsələyə Mənsum İbrahimovdan REAKSİYA – FOTO

53 yaşlı Leyli, 65 yaşlı Məcnun olar? – Gündəm olan məsələyə Mənsum İbrahimovdan REAKSİYA – FOTO

Hazırda oxunan: 53 yaşlı Leyli, 65 yaşlı Məcnun olar? – Gündəm olan məsələyə Mənsum İbrahimovdan REAKSİYA – FOTO

251595

İyun ayında Opera və Balet teatrda “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq. Tamaşada Məcnun rolunda 65 yaşlı Xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə 53 yaşlı Xalq artisti Nəzakət Teymuraova çıxış edəcəklər.

Sosial şəbəkələrdə isə 50 yaşdan çox xanəndələrin bu obrazlara uyğun olmaması ilə bağlı müzakirələr başlayıb.

Məsələyə münasibət bildiriən Xalq artisti Mənsum İbrahimov Bizim.Media-ya açıqlamasında deyib ki, bu, ildə bir dəfə oynalılan tamaşadır:


“Mən 7 ildir ki, fəal səhnədən çəkilmişəm. İldə bir dəfə, önəmli günlərdə bir tamaşa oxuyuram. Bütün meydan gənclərindir. Bütün dünyada ömrünün sonlarına qədər səhnədə olan opera sənətçiləri olub və var”.

O bildirib ki, “Leyli Məcnun” tamaşası Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub:

“Biz bu tamaşada yalnız tamaşaçıların istəyi ilə ustad dərsi kimi iştirak edirik”.

İkipərdəli opera tamaşası iyun ayının 6-da Heydər Əliyev Sarayında nümayiş olunacaq.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO