Gəray Göyyurdun əsərləri böyük maraqla QARŞILANDI – FOTO

Gəray Göyyurdun əsərləri böyük maraqla QARŞILANDI – FOTO

Hazırda oxunan: Gəray Göyyurdun əsərləri böyük maraqla QARŞILANDI – FOTO

251541

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Gəray Göyyurdun imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, Gəray Göyyurd "Dövlətim var, ordum var", "Şuşa bəyannaməsi", "Zəfər sənin zəfərindi, sayın Ali Baş Komandan" adlı şeirlər və poemalar kitablarının müəllifidir.

Şairin vətənpərvərlik mövzusunda yazılmış şeirləri oxucular tərəfindən maraqla qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Qəhrəmanın imza günü keçirildi – FOTO


Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.



Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO