IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında şair-publisist, folklor tədqiqatçısı İlham Qəhrəmanın imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, İlham Qəhrəman "Qəmin eşqi", "Dəyirmanın su dərdi", "Bir adamlıq şəhər" adlı şeirlər kitablarının, "Laçın folkloru", "Laçın lətifələri" folklor toplularının müəllifidir.
Şair-publisist həmçinin folklorumuzun görkəmli nümayəndəsi Sarı Aşığın bayatı və şeirlərini də toplayaraq çap etdirib.
MÖVZU İLƏ BAĞLI:
Qazaxıstan ədəbiyyatına həsr olunan panel müzakirə - FOTO
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media