IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində bir sıra ədib və alimlərin mükafatlandırma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Türksoyun və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan mükafatlandırma mərasimində Özbəkistan alimi Jumaygul Suvanova, Qırğızıstantandan Altinay Topdamatova, Qazaxıstandan Bakutgul Kuzanova, Macarıstan şairləri Atilla Balaş, Daniel Levente Pal mükafatlandırılıb.
MÖVZU İLƏ BAĞLI:
Leyla Mətinin kitabları festivalda sərgiləndi – FOTO
Mükafatları tədbirin təşkilatçısı Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəya Rza təqdim edib.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media