Leyla Mətinin kitabları festivalda sərgiləndi – FOTO

Leyla Mətinin kitabları festivalda sərgiləndi – FOTO

Hazırda oxunan: Leyla Mətinin kitabları festivalda sərgiləndi – FOTO

251412

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Leyla Mətinin imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, Leyla Mətin "Sevgi mövsümü", "Ürəkdən  bir damla", "Ömrə sığmayan arzular" adlı kitabların müəllifidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Mədinə Gülgün və Aqnes Nemesin şeirləri böyük maraqla qarşılandı – FOTO


"Ömrə sığmayan arzular" kitabı həmçinin İranda çap olunub. Sonuncu "Sevgi mövsümü" kitabının Türkiyədə təqdimatı keçirilib. Lirik şeirlərinə mahnılar bəstələnib. Leyla Mətin həmçinin sevilən uşaq şeirlərinin müəllifidir. 

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub. 

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.






Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO