Mədinə Gülgün və Aqnes Nemesin şeirləri böyük maraqla qarşılandı – FOTO

Mədinə Gülgün və Aqnes Nemesin şeirləri böyük maraqla qarşılandı – FOTO

Hazırda oxunan: Mədinə Gülgün və Aqnes Nemesin şeirləri böyük maraqla qarşılandı – FOTO

251405

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 3-cü günündə “Gül dəftəri" poeziya saatında Azərbaycanın tanınmış şairəsi Mədinə Gülgünün və Macar şairi Aqnesi Nemesin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə müasir Azərbaycan poeziyasının şairələri - Narıngül Babayeva, Aysel Fikrət, Arzu Nehrəmli, Aybəniz Əliyar və b. kövrək duyğulu şeirləri ilə xatirələrdə qalmış Mədinə Gülgünün və Aqnesi Nemesin yaradıcılığından bəhs ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Nurəddin Şahdağlının imza günü KEÇİRİLDİ – FOTO


Qeyd edilib ki, M.Gülgünün lirik şeirləri istər sovet ədəbiyyatında, istərsə də müasir poeziyamızda sevilib və daim müraciət olunub.

Aqnesi Nemesin şeirləri isə Azərbaycan dilinə tərcümə edilərək oxucuların diqqətinə çatdırılıb. 

Qiraətçilərin ifasında səslənən şeirləri poeziyasevərlər maraqla qarşılayıb.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub. 

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.


















Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO