Durovdan sevgilisinə 400 min dollarlıq HƏDİYYƏ - Filmə çəkiləcək

Durovdan sevgilisinə 400 min dollarlıq HƏDİYYƏ - Filmə çəkiləcək

Hazırda oxunan: Durovdan sevgilisinə 400 min dollarlıq HƏDİYYƏ - Filmə çəkiləcək

251301

Telegram messencerinin yaradıcısı Pavel Durov sevgilisi Yuliya Vavilovaya 400 min dollar dəyərində hədiyyə edib. Bu isə aktrisaya Oskar mükafatlı rejissor Spayk Linin filmində rol almaq imkanı qazandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Yuliya Vavilova öz Instagram hesabında yazıb.

Film çəkilişlərində iştirak hüququnu Durov Kann festivalında keçirilən xeyriyyə gecəsində alıb.

Rejissor Spayk Li şəxsən Yuliyanı debütü münasibətilə təbrik edib. Aktrisanın filmdə hansı rolu canlandıracağı hələlik açıqlanmır.

25 yaşlı Yuliya Vavilova ingilis, ispan və ərəb dillərindən tərcüməçidir. Onun 40 yaşlı Pavel Durovla münasibəti təxminən bir ildir davam edir. Vavilova, həmçinin, 2024-cü ilin avqustunda Durovun Fransada həbs olunduğu zaman onun yanında olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO