“Səs Azərbaycan” vokal layihəsinin növbəti mövsümü başa çatıb.
Bizim.Media xəbər verir ki, qələbəni xalq artisti Röya Ayxanın komandasının iştirakçısı – müğənni Cəmilə Həşimova qazanıb.
Qeyd edək ki, o, uzun müddət RAST qrupunda bek-vokalist kimi çalışıb.
Qalib iştirakçıya 25 min AZN məbləğində mükafat təqdim olunub.
İkinci yeri Zülfiyyə Xanbabayevanın komandasında çıxış edən İlqar Bəkirov, üçüncü yeri Eldar Qasımovun komandasının üzvü Sanat Asuat, dördüncü yeri isə Murad Arifin komandasında olan Fuad Mehdiyev tutub.
Bizim.Media