Məlahət İsmayılqızının imza günü - FOTO

Məlahət İsmayılqızının imza günü - FOTO

Hazırda oxunan: Məlahət İsmayılqızının imza günü - FOTO

251214

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" media mükafatı laureatı Məlahət İsmayılqızının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, publisist- yazar "Göyçə Ədəbi Mühitinin Şah Beyti Dədə Ələsgər" "Süsənbər Ətri", "İtirilmiş Cənnət, yaxud Göyçə Rəmzləri" "Göyçənin rəmzi Göyçə Gölüdür" "Məndən Göyçəyə Yetirin Salam", "Allahın Bir Nəzəri Vardır Göyçədə", "Göyçə adlı İlahi Sevgi... Mən Elə Göyçəyəm" kitablarının müəllifidir.

MÖVZU İLƏ BAĞLI

Yusif Nəğməkarın imza günü keçirildi - FOTO


Dövri mətbuatda puplisist, esselər, məqalələrlə çıxış edir.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.



Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO