İmran Güllübulaqlının əsərləri IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında sərgiləndi – FOTO

İmran Güllübulaqlının əsərləri IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında sərgiləndi – FOTO

Hazırda oxunan: İmran Güllübulaqlının əsərləri IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında sərgiləndi – FOTO

251087

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair İmran Güllubulaqlının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair "Könlümün sədası", "Ömür qatarım", "Bir ömürlük xatirə", "Yeddinci görüş" , "Mənim söz dünyam", "Bu dünyada mən də varam", "Bir ürəkdən min ürəyə" kitablarının müəllifidir.

 

MÖVZU İLƏ BAĞLI:

Tarixi romançılığa yanaşma necə OLMALIDIR? – FOTO



Şeirləri dünyanın bir çox xarici mətbuat orqanlarında çap edilib.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.







Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO