Üzeyir Hacıbəylinin yazı masası, Bülbülün qavalı ermənilərdə qalıb

Üzeyir Hacıbəylinin yazı masası, Bülbülün qavalı ermənilərdə qalıb

Hazırda oxunan: Üzeyir Hacıbəylinin yazı masası, Bülbülün qavalı ermənilərdə qalıb

2503

Erməni əsirliyində dəyəri milyard dollarla ölçülən 100 mindən çox muzey eksponatımız var.

Ermənilər Qarabağı işğal edən zaman Üzeyir Hacıbəylinin yazı masası və ev əşyalarına aid olan mis qabları təxliyyə olunmayıb.

Çünki, bu əşyaların çıxarılması çətin olub.

Bunun Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva Bizim.Media -ya açıqlamasında bildirib:

“Bülbülün qavalı, xanəndə kostyumu, frakı, Elmi-Tədqiqat Musiqi Kabinetindəki "Bekşteyn" royalı Şuşadakı ev-muzeyində sərgilənirdi, təəssüfki hamısı məhv və qarət edilib”.

Nərgiz Abdullayevə onu da deyib ki, ümumiyyətlə, ümumdünya əhəmiyyətli 100 mindən artıq daşınan və daşınmaz olan maddi-mədəni sərvətlərimiz, qədim dövrə aid qiymətli və nadir eksponatlar 22 muzey erməni təcavüzünə  məruz qalıb. Həmin eksponatların maddi dəyəri milyard dollarlarla ölçülür. Məkirli düşmən mədəni irsimizi ya dağıdıb ya satıb, yada ki, oğurlayıb öz adlarına çıxıblar:

“Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponatı bizdə deyil.

Eyni zamanda Xurşidbanu Natəvana məxsus evdə yaradılan muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları işğalçılar tərəfindən dağıdılaraq qəsb edilib”.

Şöbə müdiri qeyd edib ki, Ermənilərin  maddi mədəni irsimizi qəsdən talandığına, eyni zamandan qarət olunan mədəni sərvətlərimiz yoxa çıxartdığına  görə, Mədəmiyyət Nazirliyiin təşəbbüsü ilə Fransanın Luvr Muzeyi və Böyük Britaniyanın Viktoriya və Albert Muzeyi, Britaniya Muzeyi və Britaniya Kitabxanası ilə ölkəmizin aparıcı muzeylərinin əməkdaşlıq layihələrinə başlayacağıq.

Satılan eksponatları  geri qaytarılmasından söz açan şöbə müdiri əlavə edir ki, xarici ölkələrdə olan bu əşyalar iki yolla vətənə qaytarılır:

“Ya onlar satışa çıxarıldıqları yarmarka və ya hərraclardan satın alınır, yaxud da kolleksionerlər tərəfindən muzeylərə hədiyə edilir. Hədiyə edilən əşyalar əsasən xarici mütəxəssislərin səyləri nəticəsində əldə olunur”.

Nərgiz Abdullayeva onu da bildirdi ki, Azərbaycan Milli Xalça Muzeyi Qarabağın qədim xalça nümunələrinin geri alınması üçün xeyli iş görüb:

“Qarabağda toxunan nadir sənət nümunələri – XVII əsrin “Xətai” və “Naxçıvan”, XVIII əsrin “Çələbi” xalçaları vətənə qaytarılaraq pasportlaşdırılıb”.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO