Deputatdan teatrların açılması ilə bağlı ÇAĞIRIŞ - “Məhv olub gedir axı...”

Deputatdan teatrların açılması ilə bağlı ÇAĞIRIŞ - “Məhv olub gedir axı...”

Hazırda oxunan: Deputatdan teatrların açılması ilə bağlı ÇAĞIRIŞ - “Məhv olub gedir axı...”

24736

Pandemiyanın və xüsusi karantin qaydalarının ən çox təsir etdiyi sahələrdən biri də teatrlardır. Ötən ilin martından fəaliyyəti dayandırılan teatrların nə vaxt açılacağı ilə bağlı heç bir məlumat yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bəzi yumşaldılmalara gedilsə də, teatr və kinoteatrların fəaliyyətinin bərpa edilməsi bu qərarlara şamil edilmədi.  

Bəzi teatr aktyorları sosial şəbəkələrdə Nazirlər Kabinetinə çağırış edərək 1 ildən artıqdır ki, sosial durumlarının və dolanışıqlarının çxılımaz vəziyyətdə olduğunu bildiriblər. Futbol yarışına 35 min azarkeşin iştirakına etiraz edən sənət adamları və sosial şəbəkə istifadəçiləri mədəniyyətimizin məhv olub getdiyini dilə gətiriblər. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Sabir Rüstəmxanlı teatrların açılması vacibliyini qeyd edib:
 

“Stadion açılırsa, teatrlar niyə açılmasın? Onsuz da teatrlarımıza tamaşaçı az gəlir və salon seyrək olur.


Sosial məsafəni gözləməklə bilet satışını həyata keçirmək və tamaşaların oynanılmasına imkan verilməlidir. İllər uzunu oynamayan, səhnəyə çıxmayan aktyorun yaradıcılığı sönür. Kinomuz elə bir vəziyyətdədir ki...Teatr və kinolar məhv olub gedir axı...Fuad Poladova uyğun rollar olsaydı nə qədər unudulmaz rollar yarada bilərdik”, deyə millət vəkili əlavə edib.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO