"Ənvər Həsənov o cür dəfnə layiq idimi?" - Rza Rzayev - VİDEO

"Ənvər Həsənov o cür dəfnə layiq idimi?" - Rza Rzayev - VİDEO

Hazırda oxunan: "Ənvər Həsənov o cür dəfnə layiq idimi?" - Rza Rzayev - VİDEO

241312

Ola bilər ki, İncəsənət Universitetində təhsili keyfiyyəti o qədər də yüksək deyil. Ancaq təməl prinsipləri bilən yetərincə mütəxəssisimiz var.

Bizim.Media xəbər verir ki, bu sözləri tanınmış aktyor, rejissor Rza Rzayev (Drakon) Axar TV-yə geniş müsahibəsində deyib.
 

“Bu gün Azərbaycanda Vaqif Mustafayev, Yavər Rzayev, Ramiz Fətəliyev, Ramiz Rövşən, Anar və s. kimi insanlardan kim istifadə etmək istəyir ki! Hamının fikri xaricdədir. Çünki xaricdən gələnlərə bu cəmiyyətdə daha çox qiymət verirlər. Bu da rus imperiyasının bizdə yaratdığı təfəkkürdür və biz bundan tədricən xilas olacağıq”, - o bildirib.


R.Rzayev xatırladıb ki, hər kəsin sevə-sevə baxdığı filmlərdə gözəl obrazlar yaradan Ənvər Həsənov bu yaxınlarda dünyasını dəyişdi:

“Onun dəfnində çox az adam iştirak etdi. Hətta məmurlar, rəsmilər də demək olar ki, yox idi. Əslində bu cür aktyorun dəfnində 10-20 min insan iştirak etməlidir... Bu gün cəmiyyətimizdə sənət adamı, rejissor, aktyora ən aşağı insan kimi baxırlar: yəni sən sənət adamısansa, dəyərin yoxdur. Sənət adamına belə bir qiymət verilən cəmiyyətdə sənət yarana bilməz”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO