Kürdəmirdə "Təbiətin dili" adlı gecə keçirildi - VİDEO

Kürdəmirdə "Təbiətin dili" adlı gecə keçirildi - VİDEO

Hazırda oxunan: Kürdəmirdə "Təbiətin dili" adlı gecə keçirildi - VİDEO

236001

Kürdəmirdə "Təbiətin dili ilə"adlı Biologiya gecəsi keçrilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, tədbir Kürdəmir rayon Məmiş Abdullayev adına Muradxan kənd tam orta məktəbində baş tutub.




“Biologiya-Kimya aylığı” çərçivəsində reallaşan gecədə Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfail Məmmədov, sektorun əməkdaşları, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi 5 rayonun - Kürdəmirin M.Abdullayev adına Muradxan kənd orta məktəbinin, Yevlaxın Aran qəsəbəsindəki M.Pənahov adına 1 nömrəli orta məktəbin, Ucar rayon A.Abdullayev adına Alpı kənd orta məktəbinin, Ağdaşın Qolqəti kənd orta məktəbinin, Zərdab şəhər H.Aslanov adına 3 nömrəli orta məktəbinin komandaları, eləcə də digər ümumtəhsil məktəblərindən gələn qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə öncə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra aparıcılar biologiya elmi haqqında danışaraq onun müxtəlif sahələrinə dair təqdimatlar ediblər.



Ardınca şagirdlərin hazırladığı müxtəlif səhnəciklər nümayiş olunub. Tamaşaçıların böyük marağına səbəb olan bu çıxışlardan sonra tədbir bir-birindən maraqlı əyləncəli yarışlar, musiqili çıxışlar və rəqslərlə davam edib.


Tədbirin sonunda iştirakçı komandalar təşəkkürnamə və hədiyyələrlə təltif olunublar.




































Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO