Yazıçı Anar insanların varlığının mənasını araşdırır – FOTO

Yazıçı Anar insanların varlığının mənasını araşdırır – FOTO

Hazırda oxunan: Yazıçı Anar insanların varlığının mənasını araşdırır – FOTO

235687

Türkiyənin nüfuzli “KeTeBe” nəşriyyatı görkəmli yazar və tərcüməçi İmdat Avşarın çevirilərində Xalq yazıçısı Anarın silsilə kitablarını çap edir.

Bizim.Media xəbər verir ki, keçən il müəllifin “Ağ liman” povesti, “Beş mərtələli evin altıncı mərtəbəsi” romanı və “Təhminənin son sirri” hekayələri kitab şəklində nəşr edilib.

Bu günlərdə həmin silsilədən İmdat Avşarın tərcüməsində “Bir fürsət bulsam” (“Macal”), “Dantenin yubileyi”, “Otel otağı” povestləri, “Balaca Fuadın son xahişi”, “Kəbirlinskinin son etirafı”, “Mühəqqəq görüşürüz-mütləq görüşərik” hekayələrindən ibarət olan kitab işıq üzü görüb. İlk dəfə türkcəyə uyğunlaşdırılan hekayələrdən başqa roman və povestlər ayrı çevirilərdə Türkiyədə dəfələrlə nəşr olunub.

Kitabın sonunda belə bir yazı verilib:

“Bu kitab, kəlmələrlə dünyanı yenidən inşa edən dil memarı Anarın əsərlərini bir araya gətirir.

Müəllif “böyük qayğılarıyla, kiçik sevincləriylə” yaşayan insanı və həyatı anlatmaq üçün çıxdığı yollarda sıradan insanların qeyri-adi sərgüzəştlərini izləyir və insanlığın ortaq problemlərini həssaslıqla qələmə alır. Anar insanların yalnızlığının, varlığının mənasını araşdırır, dağınıq dünyalarıyla rəsm etdiyi xarakterlərin zaman, həqiqət və vicdan işığında qələmə alarkən yazıçı həyatın mürəkkəbliyini göstərən bənzərsiz bir baxış açısı sərgiləyir.

Azərbaycan cəmiyyətinin 20-ci əsrdə yaşadığı böyük dəyişikliklərə ayna tutan, Sovet, xüsusiylə də Stalin dönəminin zorluqlarına, aşkarlıq və yenidənqurma siyasətinə, Azərbaycan-Türkiyə münasibətlərinə həssaslıqla yanaşan Anar mühitin dərin arxa planını təsvir edərkən ara-sıra meydana çıxan əxlaqi aşınmanın, qeyb olan mənəvi dəyərlərin, insan ruhunun dolaşıq və qaranlıq tərəflərinin də mənzərəsini canlandırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO