Teatrlar tamaşaçıların rəğbətini QAZANA BİLMİR?

Teatrlar tamaşaçıların rəğbətini QAZANA BİLMİR?

Hazırda oxunan: Teatrlar tamaşaçıların rəğbətini QAZANA BİLMİR?

233690

Ən qədim incəsənət növü olan teatrlar həyatımızın reallığını əks etdirən bir məkandır. Bəzi insanlar asüdə vaxtlarını səmərəli təşkil etmək üçün əsasən həftə sonları teatrlara üz tuturlar. Bir qism isə tamaşalardan zövq ala bilmədikləri üçün artıq teatrlara getmək istəmir.

Müasir dövrdə teatrlar tamaşaçıların rəğbətini ələ ala bilmir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan gənc rejissor Fuad Cavadzadənin fikrincə, uğursuz tamaşa insanları teatrdan uzaqlaşdırır:

“Ölkəmizdə 27 dövlət statuslu teatr var ki, hər bir teatrın özünün öz tamaşaçısı var. Əslində bu gün teatrlarımız hansı səviyyədə tamaşalar təqdim edirlər - bu müzakirə olunmalıdır. Sırf repertuarı doldurmaq üçün tamaşalar nümayiş olunmamalıdır. Elmin, texnikanın inkişaf etdiyi bir vaxtda heç kim iki saatını ayırıb gedib tamaşaya baxmaq istəmir.

İndi hər şey onlayındır, bütün sosial platformalardan izləyirlər. Ona görə tamaşaçını iki saat zalda saxlamaq üçün maraqlı məhsul təqdim edilməlidir. Bu baxımdan teatrların üzərinə böyük bir yük düşür. Teatr zallarının dolması o demək deyil ki, teatrlar tamaşaçı kontingetini ələ alır. Burada dəvətnamələr də rol oynayır, xüsusi dəvətlilər də var. Bu gün tamaşaçılara ciddi tamaşalar nümayiş edilməlidir.

Xüsusi vurğulayım ki, nə qədər acı səslənsə də, teatr hər tamaşaçı üçün də deyil. Mən çox təəsüf edirəm, bu gün tamaşaya sona qədər baxmayıb fikir bildirənlər, ciddi  tamaşanın ortasında çantasından burger götürüb yeyənlər, eləcə də digər tamaşaçıların fikrini dağıdanlar da var. Yəni teatral tamaşaçılarımız çox azdır”.

Gənc rejissor fikirlərini belə tamamlayıb:

“Teatr mədəniyyəti ailədən  başlamalıdır. Bir mədəniyyət siyasəti var ki, uşaqlar kukla teatrında böyüyürlər, gənclər teatırında yetişirlər və onlarda artıq teatr mədəniyyəti formalaşır”.

Teatrşünas, tənqidçi Anar Ərtoğrul Bürcəliyev də mövzu ilə bağlı öz fikirlərini Bizim.Media ilə bölüşüb:

“Əlbəttə, bütün teatrlarda tamaşaçı problemi hər zaman var. Ancaq, tamaşaçıların teatra cəlb edilməsi məsələsi də yaradıcı kollektivin qarşısında duran əsas məsələlərdən biridir. Düşünürəm ki, teatrlar hər zaman tamaşaçı duyumu, tamaşaçı arzu və istəyinə görə öz repertuar planını təşkil etməlidir. Biz tamaşanı yaxşı mənada tamaşaçıya satmağı bacarmalı, teatra tamaşaçını biz gətirməliyik.

Deməzdim ki, bu gün teatrlarımızda tamaşaçı rəğbəti yoxdur. Dəfələrlə teatrlarımızda iştirak etmişəm və baxıram ki, daimi olaraq gələn tamaşaçılar üstünlük təşkil edir. Amma, deməzdim ki, bütün teatrlarda tamaşaçı axını müşahidə edilir. Əlbəttə, tamaşaçı qıtlığı yaşayan teatrlarımız da var. Məsələn son dövrlərdə Mingəçevir Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı tamaşaçı qıtlığından əziyyət çəkirdi. Ancaq, yeni rəhbər təyin olunduqdan sonra bu teatrlarda da canlanma müşahidə olunur”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO