Şahbulaq qalasının yenidənqurma planı təqdim edildi - FOTOLAR - YENİLƏNİB

Şahbulaq qalasının yenidənqurma planı təqdim edildi - FOTOLAR - YENİLƏNİB

Hazırda oxunan: Şahbulaq qalasının yenidənqurma planı təqdim edildi - FOTOLAR - YENİLƏNİB

22702

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Şahbulaq qalasında olub.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına abidənin yenidənqurma planı təqdim edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Qiyaslı məscidində - FOTOLAR - YENİLƏNİB


Bildirilib ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib.

Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub.

Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

***

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Şahbulaq qalasında olub.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına abidənin yenidənqurma planı təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO