Moskva vilayətinin Vidnoye şəhərində əslən Azərbaycanın Qusar rayonunun Piral kəndindən olan yazıçı Təyarə Vəlimətovanın dünya şöhrətli azərbaycanlı müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunmuş romanının təqdimatı olub.
"Mənim əbədi məhəbbətim" (Dolqaya ljubov moya...) adlanan romanın təqdimatı barədə Vidnoye şəhərinin yerli televiziyasında bu il dekabrın 17-də video-süjet yayımlanıb.
YAP-ın Qusar rayon təşkilatının sədri David İbramxəlilov bu barədə Bizim.Media-ya xəbər verib.
Onun sözlərinə görə, Azərbaycanda Rus dili və Ədəbiyyatı İnstitutunda, indiki Slavyan Universitetində təhsil almış Təyarə Vəlimətova Moskva vilayətinin Lenin dairəsində 40 il müəllim işləyib.
O, Yazıçılar İttifaqının və Rusiya Dilçilik Akademiyasının üzvüdür.
Həmyerlimiz Təyarə Vəlimətova böyük Müslüm Maqomayev haqda yazdığı romanına görə Qızıl Yesenin medalı ilə təltif edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Mədəniyyət
11:20 / 22.12.2024
Rusiyada Müslüm Maqomayevə həsr olunan romanın təqdimatı oldu - FOTO/VİDEO
Hazırda oxunan: Rusiyada Müslüm Maqomayevə həsr olunan romanın təqdimatı oldu - FOTO/VİDEO
Hazırda oxunan: Rusiyada Müslüm Maqomayevə həsr olunan romanın təqdimatı oldu - FOTO/VİDEO
226407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.