Xalq artisti Şahlar Quliyevlə vida mərasimi keçirilib

Xalq artisti Şahlar Quliyevlə vida mərasimi keçirilib

Hazırda oxunan: Xalq artisti Şahlar Quliyevlə vida mərasimi keçirilib

217880

Bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişən Xalq artisti Şahlar Quliyev ilə vida mərasimi keçirilib.

Qeyd edək ki, mərhum i Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti (1975-2016), səhnəmizin əvəzolunmaz bariton ifaçısıdır.

Bizim.Media xəbər verir ki, Təzəpir məsçidində baş tutan mərasimdə mərhumun yaxınları, sənət yoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ş.Quliyevin nəşi dəfn olunmaq "Qurd qapısı" qəbiristanlığına aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

Səhnəmizin bariton ifaçısı Şahlar Quliyev vəfat edib

 

Xalq artisti Şahlar Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.


Qeyd edək ki, Ş.Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İlk təhsilini elə orada alıb. 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra Şahlar Quliyev indiki Bakı Musiqi Akademiyasına daxil olub. 1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o, burada 2 il Şövkət Məmmədova adına Opera studiyasında, 1975-ci ildən başlayaraq isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb.

O, “Leyli və Məcnun”da Nofəl, “Şah İsmayıl”da Aslan şah, “Aşıq Qərib”də Şahvələd, “Sevil”də Atakişi, “Arşın mal alan”da Süleyman, “Koroğlu”da Həsən xan, “Aida”da Amonasro, “Karmen”də Eskamilio, “Payatsı”da Tonio, “Bohema”da Şonar rollarını canlandırıb. Bundan əlavə, o, 2000-ci ildə çəkilən “Qız qalası” və 2007-ci ildə lentə alınan “Bəylik dərsi” filmlərində rol alıb. 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO