Səhnəmizin bariton ifaçısı Şahlar Quliyev vəfat edib

Səhnəmizin bariton ifaçısı Şahlar Quliyev vəfat edib

Hazırda oxunan: Səhnəmizin bariton ifaçısı Şahlar Quliyev vəfat edib

217843

Azərbaycanın xalq artisti, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti (1975-2016), səhnəmizin əvəzolunmaz bariton ifaçısı Şahlar Quliyev vəfat edib.

Bizim.Media xəbər verir ki, o, unun uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

Onun səsi və uzun illər boyu opera sənətinə göstərdiyi sədaqət tamaşaçıların və həmkarlarının qəlbində dərin iz buraxıb.

Qeyd edək ki, Ş.Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İlk təhsilini elə orada alıb. 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra Şahlar Quliyev indiki Bakı Musiqi Akademiyasına daxil olub. 1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o, burada 2 il Şövkət Məmmədova adına Opera studiyasında, 1975-ci ildən başlayaraq isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb.

O, “Leyli və Məcnun”da Nofəl, “Şah İsmayıl”da Aslan şah, “Aşıq Qərib”də Şahvələd, “Sevil”də Atakişi, “Arşın mal alan”da Süleyman, “Koroğlu”da Həsən xan, “Aida”da Amonasro, “Karmen”də Eskamilio, “Payatsı”da Tonio, “Bohema”da Şonar rollarını canlandırıb. Bundan əlavə, o, 2000-ci ildə çəkilən “Qız qalası” və 2007-ci ildə lentə alınan “Bəylik dərsi” filmlərində rol alıb. 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görulüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO