Rusiyanın Koqalım şəhərində Heydər Əliyevə abidə ucaldıldı - FOTO

Rusiyanın Koqalım şəhərində Heydər Əliyevə abidə ucaldıldı - FOTO

Hazırda oxunan: Rusiyanın Koqalım şəhərində Heydər Əliyevə abidə ucaldıldı - FOTO

217393

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Koqalım şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə abidə ucaldılıb.

Bizim.Media xəbər verir ki, heykəltaraş Aydın Zeynalovun yaratdığı abidə Ulu Öndərin 100 illik yubileyi şərəfinə ucaldılıb.

Görkəmli dövlət xadimi Heydər Əliyev 1980-ci illərin əvvəlində o vaxt hələ qəsəbə olan, indi isə şəhərə çevrilən Koqalımın və ümumilikdə ölkənin neft sənayesinin inkişafına mühüm töhfə verib. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində sosial siyasətə kuratorluq edirdi və onun tapşırığına əsasən, qəsəbənin, həmçinin Sibirin neft hasilatçısı rayonlarının yol infrastrukturunun inkişafı üçün, o cümlədən Azərbaycandan podratçı təşkilatlar cəlb olunmuşdu.
 

Bu şəhərin “Bakı” küçəsi Azərbaycan xalqının Koqalımın formalaşmasına verdiyi töhfəni xatırladır. Azərbaycanlılar yerli neft-qaz sənayesinin inkişafına fəal köməklik göstəriblər. Heydər Əliyevin abidəsi xatirə rəmzi və xalqlar arasında dostluğun təcəssümüdür.


Xatırladaq ki, Koqalım şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gələcək abidəsinin yerindəki rəmzi daş 2023-cü ildə qoyulub.

Həmin vaxt şəhərin rəhbəri Nikolay Palçikov özünün “Telegram” kanalında abidənin Heydər Əliyevin 100 illik yubileyi şərəfinə ucaldılacağını qeyd edib.

“Azərbaycanlılar neft-qaz sənayesinin (Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində - red.) inkişafına mühüm töhfələr veriblər. Bu görkəmli insanlara ehtiramımı ifadə edərək, bu gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi münasibətilə gələcək abidənin yerinə rəmzi daş qoyuldu”, - deyə şəhər rəhbəri yazıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO