“EduTime”nin təşkilatçılığı ilə Özgür Bolatın seminarı keçirildi - FOTO

“EduTime”nin təşkilatçılığı ilə Özgür Bolatın seminarı keçirildi - FOTO

Hazırda oxunan: “EduTime”nin təşkilatçılığı ilə Özgür Bolatın seminarı keçirildi - FOTO

214801

"EduTime” Təhsil və İnkişaf Mərkəzi, "İslahatçı Gənclər” İctimai Birliyi və "Azxeber Media”nın təşkilatçılığı ilə "Cinemaplus”da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə münasibətilə tədbir baş tutub.

Bizim.Media xəbər verir ki, tədbiri giriş sözü ilə "İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı açıb. O bildirib ki, bu cür tədbirlər ölkədə həyata keçirilən təhsil islahatarına mühüm töhfə verir.

Daha sonra çıxış edən Milli Məclisin deputatları Elçin Mirzəbəyli, Vüqar İskəndərov və Naqif Həmzəyev ölkədə həyata keçirilən təhsil islahatları haqda danışıb, peşə bayramı münasibətilə müəllimləri təbrik ediblər.

Tədbir Türkiyənin məşhur elm və təhsil mütəxəssisi Özgür Bolatın "Təhsildə müəllim-şagird münasibətləri: Uğurlu və xoşbəxt uşaq necə yetişdirilir” mövzusunda seminar ilə davam edib. O qeyd edib ki, təsisçisi olduğu "Anne-baba okulu” layihəsi dünyanın bir çox ölkəsində tədris olunur. O Türkiyədə satış rekordu qıran iki kitabı "Beni ödülle cezalandırma” ve "Sorularla büyüyoruz” haqda da danışıb.

Özgür Bolat daha sonra seminar iştirakçılarının suallarını cavablandırıb.

"EduTime”nin həmtəsisçisi Hacıbəy Heydərli mühüm seminara görə Özgür Bolata təşəkkürünü bildirib və bu cür tədbirlərin davamlı olacağını deyib.

Tədbirin musiqili hissəsində tanınmış müğənni Çinarə Məlikzadə sevilən mahnılarını ifa edib.

Qeyd edək ki, "Edutime” Təhsil və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə təhsilin müxtəlif pillələrində çalışan 200-dən çox müəllim iştirak edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO