Milli Xalça Muzeyinin Şuşa filialına iki sənətkarlıq nümunəsi hədiyyə edildi - FOTO

Milli Xalça Muzeyinin Şuşa filialına iki sənətkarlıq nümunəsi hədiyyə edildi - FOTO

Hazırda oxunan: Milli Xalça Muzeyinin Şuşa filialına iki sənətkarlıq nümunəsi hədiyyə edildi - FOTO

210316

Şuşa sakini Sahib Həsənov nənəsi ilə anasının 1959-cu ildə birgə toxuduğu “Bağçada güllər” xalçasını və XIX əsrin ortalarına aid məfrəşi filiala hədiyyə edib.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Öz xatirələrini bölüşən S.Həsənov bildirib ki, 1-ci Qarabağ müharibəsindən öncə bu xalça Şuşada onların evlərinin divarını bəzəyib:

“Şəhər işğal olunanda ailəmiz üçün ən əziz əşya kimi onu da Bakıya apardıq. Xalçanın üzərində nənəmin və anamın adlarının baş hərfləri “Ə” (Əzət) və “S” (Səltənət) yazılıb. Xoşbəxtik ki, uzun illər sonra doğmalarımdan yadigar qalan bu xalça da bizimlə bərabər öz yurduna qayıtdı. Düşünürəm ki, ən doğru addım onu muzeyə bağışlamaqdır. 

Qoy bura gələn turistlər görsünlər ki, Azərbaycan qadınları nələr yaradıb”. Təqdim olunan Qarabağ xalçasının mərkəzində qızılgül təsvirləri verilib.

S.Həsənovun muzeyə bağışladığı digər əşya isə 100 ildən artıq yaşı olan məfrəşdir. O, xalça məmulatından yaylaqdan qışlağa, qışlaqdan isə yaylağa köçərkən sandıq kimi istifadə etdiklərini deyib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO