“Əl Nəsr” braziliyalı futbolçu ilə yollarını ayırdı

“Əl Nəsr” braziliyalı futbolçu ilə yollarını ayırdı

Hazırda oxunan: “Əl Nəsr” braziliyalı futbolçu ilə yollarını ayırdı

209695

"Əl-Nəssr" müdafiəçi Aleks Telleslə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

31 yaşlı sol cinah müdafiəçisi azad agent statusu daşıyır.

Qeyd edək ki, "Əl-Nəssr" Aleks Tellesi ötən ilin yayında "Mançester Yunayted"dən transfer etmişdi. Braziliya millisinin üzvü olan 31 yaşlı arxa xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 38 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO