Azərbaycan Rusiyada atəşfəşanlıq festivalının qalibi oldu

Azərbaycan Rusiyada atəşfəşanlıq festivalının qalibi oldu

Hazırda oxunan: Azərbaycan Rusiyada atəşfəşanlıq festivalının qalibi oldu

208783

Azərbaycan komandası Rusiyada atəşfəşanlıq festivalının qalibi olub.

Bizim.Media xəbər verir ki, tədbir Rusiya Federasiyasının Vladimir vilayətinin Suzdal şəhərində keçirilib.

Suzdalın 1000 illiyinə həsr olunmuş bayram şənliyi bir neçə ölkəni - Azərbaycan, Belarus, Qazaxıstan, Çin, Rusiya və Serbiyanı birləşdirib.

Festivalın qalibi “Böyük bayram - Bakı” (Azərbaycan) komandası olub. İkinci yeri Rusiyanın SLK, üçüncü yeri isə JINGDUAN NEW-ART (Çin) komandaları tutub.

“Musiqi ilə ən yaxşı sinxronluq” nominasiyasında Qazaxıstanın “SOYUZ SALUT” qrupu, “Ən yaxşı atəşfəşanlıq kompozisiyası” kateqoriyasında Belarusun KALVİN komandası, “Gecə səmasının incəsənəti” nominasiyasında isə Serbiyanın PYRO-TEAM komandası birinci olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO