Yeni milli filmlərimiz Salyanda nümayiş olunacaq - FOTO

Yeni milli filmlərimiz Salyanda nümayiş olunacaq - FOTO

Hazırda oxunan: Yeni milli filmlərimiz Salyanda nümayiş olunacaq - FOTO

201481

Salyanda iyulun 12-də  kino günü keçiriləcək. “Şirvanda kino günləri” layihəsi şərçivəsində son illərdə dövlət sifarişi və müstəqil şəkildə istehsal olunan milli Azərbaycan filmləri yerli kinosevərlərə təqdim ediləcək. 

Bu haqda Bizim.Media-ya layihənin icraçı prodüseri, rejissor İntiqam Hacılı məlumat verib. 

Onun sözlərinə görə, milli filmlərin tamaşaçı sayının artırılması məqsədi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı son illərdə istehsal olunan Azərbaycan filmlərinin nümayişlərini əyalətlərdə məhz layihə şəkilində həyata keçirir.  

Qeyd edək ki, milli filimlərimizin nümayişi Neftçala, Hacıqabul və Şirvanda  keçirilib. Salyanda isə Şirvan bölgəsi üzrə həm filmlərin nümayişi, həm də layihənin bağlanışı keçiriləcək. 

Burada İlqar Nəcəfin “Suğra və oğulları”, Elvin Mirzəyevin “Qul”, Qulu Əsgərovun “Mən burdayam, ilahi!” tammetrajlı bədii filmləri və Amil Amal, Şirin Əhmədov, Elvin Aşirov, Pərviz Həsənov, İntiqam Hacılının qısametrajlı filmləri nümayiş ediləcək. 

Nümayiş tədbirində rejissor Qulu Əsgərov, yazar, dramaturq Şəfahət Həsənov, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Vaqif Mirzə, ssenarist Nicat Dadaşov və başqa qonaqlar iştirak edəcəklər. Həmçinin rejissor Qulu Əsgərovun “Mən burdayam, ilahi!” tammetrajlı və "Hasar" qısametrajlı bədii, İntiqam Hacılının qısametrajlı sənədli, Amil Amalın "Titrəmə" qısametrajlı bədii filmləri göstəriləcək.

Layihədə moderator qismində iştirak edən kino-tənqidçisi Aygün Aslanlı isə saytımıza açıqlamasında deyib ki, yeni milli filimlərimiz obyektiv səbəblərdən tamaşaçı nümayişinə çıxa bilmirdi.

Eyni zamanda yeni filimlərə də tamaşaçı soyuqluğu inamsızlıqdan irəli gəlirdi. Amma yeni filmləri gördükdən sonra tamaşaçıların fikirləri, münasibətləri tam dəyişir. Ona görə Kino Günləri layihələrini ardıcıl keçirmək milli kinomuzun hərtərəfli inkişafına təkan verməklə kinomuzun tamaşaçısını geri qaytaracaq.
Xatırladaq ki, yeni milli filimlərimiz Salyanda iyunun12-də saat 11.00 və 16.00-da Salyan Dövlət Kukla Teatrında nümayiş olunacaq. Filmlərimizin təbliği digər regionlarda da davam edəcək. 










Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO