Teatrla cəmiyyət arasında UÇURUM – Gənclərin tamaşalara marağı niyə AZDIR?

Teatrla cəmiyyət arasında UÇURUM – Gənclərin tamaşalara marağı niyə AZDIR?

Hazırda oxunan: Teatrla cəmiyyət arasında UÇURUM – Gənclərin tamaşalara marağı niyə AZDIR?

199425

XIX əsrin 70-ci illərində yaranan teatr mədəniyyət tariximizdə böyük rol oynayıb. Amma çox təəssüf ki, teatra əvvəlki illərdə olan maraq bu gün özünü göstərmir. Müasir gənclər asudə vaxtlarını sosial şəbəkələrdə keçirməyə daha çox üstünlük verirlər, nəinki teatrda... Sanki kitab oxumaq, maarifləndirici tamaşalar izləmək gəncləri elə də cəlb etmir. 

Bəs, teatrlara marağın azalmasına səbəb nədir? 

Mövzuyla bağlı Bizim.Media-ya danışan teatrşünas Aygün Süleymanovanın sözlərinə görə, insanlara elə tamaşalar hazırlanıb, nümayiş olunmalıdır ki, tamaşaçı asudə vaxtlarını teatra gəlməyə sərf etsin: 

“İlk növbədə düşünməliyik ki, teatr cəmiyyətin hansı hissəsindədir?  Teatra aid bütün sosial platformalarda, portallarda baş tutacaq tamaşalar haqqında məlumatlar paylaşılır. Teatr binalarının qarşısında tamaşa proqramları, afişalar hazırlanıb asılır. Bu suala birmənalı olaraq cavab vermək mümkün deyil. 
Elə insanlar var ki, istirahət günlərini teatrlara üz tutmaqla keçirir, elə insanlar da var ki, televiziya qarşısında oturaraq zamanını keçirir. Amma biz elə etməliyik ki, indiki nəsillə ayaqlaşaq. Ümumiyyətlə, mən düşünürəm ki, teatr ziyalı təbəqəyə daha maraqlıdır. “Əgər tamaşaçıları kateqoriyaya bölmüş olsaq, ilk sırada ziyalılar durar” deyə düşünürəm”.

Aygün Süleymanovanın fikrincə, teatr elə bir fəaliyyət sahəsidir ki, repertuarda olan tamaşanı izləmək üçün tamaşaçı dramaturgiyanı, pyesi anlasın: 

“Ümumiyyətlə, teatr sahəsinə maraq göstərənlər ədəbiyyatı anlamalı, mütaliəni bacarmalıdır. Teatr ölkənin güzgüsüdür. Mədəniyyət mərkəzi olan teatr mütləq olmalıdır. Teatrla cəmiyyət arasında uçurum tanıtımın az olmasından irəli gəlir və bu uçurumu mütləq həll etmək lazımdır”.

Nailə Kərim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO