Gənc istedadlar Teatr səhnəsində - VİDEOSÜJET

Gənc istedadlar Teatr səhnəsində - VİDEOSÜJET

Hazırda oxunan: Gənc istedadlar Teatr səhnəsində - VİDEOSÜJET

196204

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində “Teatr aləminə səyahət” adlı birinci Uşaq Teatr Festivalı təşkil olunub. 3 nömrəli “Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin teatr dərnəkləri muxtəlif kompozisiyalarla tamaşaçıların qarşısında çıxış ediblər.

“Gənc akyorlar”, “Çiçəyim” və “Uşaq” teatrları Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, klassik və muasir dramaturqların yaradıcılığına müraciət ediblər.

Belə ki, “Xeyir və Şər” hekayəsinə qurulmuş səhnə, uşaq ədəbiyyatından “Tıq-tıq xanım, Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan və dərviş Məstəli şah” komediyası, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsi,  Abdulla Şaiqin “Danışan gəlincik”, “Qaraca qız” pyesləri, amerika ədəbiyyatının tanınmış yazıçısı Ellanor Porterin “Pollyana” və s. əsərlərindən parçalar nümayiş olunub. 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində rejissor Xanım İsmayılovanın quruluşu əsasında “Gənc aktyorlar"dərnəyinin istedadlı üzvlərindən olan Elcan Bəşirli Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah "komediyasındakı “Müsyo Jordan” obrazı məharətlə canlandırıb.

Belə ki, “Müsyo Jordan” obrazını canlandıran gənc aktyor Elcan Bəşirli Şuşanın simvolu olan “Xarı bülbül”lə səhnəyə daxil olur.

Tamaşanın sonluğu isə “Şuşanın dağları” mahnısının ifası altında Şahbazla Şərəfnisənin toya hazırlaşması ilə bitir. Tamaşada hadisənin Qarabağda baş verməsi , xarıbülbül gülünün nümayişi və “Şuşanın dağları”mahnısının  ifası azad Qarabağımızın simvolik rəmzi kimi vurğulanır.  

Rejissor Xanım İsmayılovanın quruluşu əsasında nümayiş olunan “Müsyö Jordan və Dərviş Məstəli şah "komediyasında Qarabağ zəfəri də səhnəyə gətirilib. 

Tədbirdə “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində “Gənc aktyorlar” dərnəyinin üzvləri tərəfindən ana təbiətin gözəlliklərini əks etdirən “Güllər” kompozisiyası nümayiş olunub.
“Çiçəyim” uşaq teatrnın ifasında “Azərbaycan folklorundan nümunələr, “Xoşbəxt ol və oyna” mahnısı tamaşaçılara xoş təəssürat bağışladı.
 

















































Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO