Sovet teatr və kino aktrisası Aqniya Yelekoyeva 95 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə ”kino-teatr.ru” portalı məlumat yayıb.
Sənətçinin ölüm səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Aqniya Yelikoyeva Azərbaycan tamaşaçılarına “Uzaq sahillərdə” filmindən “Anjelika” obrazı ilə tanışdır. "Uzaq sahillərdə" Tofiq Tağızadənin rejissorluğu ilə 1958-ci ildə çəkilib.
Aqniya ilk dəfə 1953-cü ildə "Moskvada bahar" filmində rol alıb. O, həmçinin “Vətəndən uzaqlarda”, “Günorta şousuna iki bilet”, “Adam axtarıram”, “Məktəb direktorunun gündəliyi”, “Tarantula” kimi ekran işlərinə çəkilib.
Bizim.Media