Parisdə yaşayan azərbaycanlı yazar Lamiyə Şirvanzadənin kitabları MARAQLA qarşılanıb – FOTO

Parisdə yaşayan azərbaycanlı yazar Lamiyə Şirvanzadənin kitabları MARAQLA qarşılanıb – FOTO

Hazırda oxunan: Parisdə yaşayan azərbaycanlı yazar Lamiyə Şirvanzadənin kitabları MARAQLA qarşılanıb – FOTO

194884

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair Lamiyə Şirvanzadənin kitabının təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, Lamiyə Şirvanzadənin kitabını onun bacısı Nərmin Nəbiyeva (Nərmin Nöqtə) təqdim edib.
 

MÖVZU İLƏ BAĞLI:

Şairə Güldanə Zərifin imza günü KEÇİRİLİB - FOTO


Hazırda Parisdə yaşayan yazar ədəbiyyata uşaq yaşlarından maraq göstərib, ilk şeirini də o yaşlarda yazıb.

2016-cı ildən Türkiyənin ədəbi nəşrləri ilə sıx əlaqəyə başlayıb. Elə həmin ildə fransız ədəbiyyatından tərcümələri və müəllifi olduğu şeirləri ilə "Kurgan" Kültür və ədəbiyyat jurnalında çıxış edib. Bugünədək həmin jurnalda 23 şeiri və 2 tərcüməsi dərc olunub.

2021-ci ilində iki qısa şeiri Parisin Pavè d'Orsay Qalareyasında rəsm əsərləri ilə yanaşı sərgilənib.

2023-cü ildə Ankarada "Gitgeller" adlı ilk şeir kitabı çap olunub. Kitabda 46 şeir yer alıb və illüstrasiyaların müəllifi fransız rəssam Frédéric Chaumedir.

Kitabdakı "Həkəri" şeiri müharibədə uşaqlığını itirmiş birinin hisslərini ifadə edir.

Müəllif özü kitab təqdimatında iştirak edə bilməsə də festivala gələn qonaqlar önüne kitablarına böyük maraq göstəriblər.

Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günüdür. Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival mayın 31-də öz işinə yekun vuracaq.






Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO