Şairə Güldanə Zərifin imza günü KEÇİRİLİB - FOTO

Şairə Güldanə Zərifin imza günü KEÇİRİLİB - FOTO

Hazırda oxunan: Şairə Güldanə Zərifin imza günü KEÇİRİLİB - FOTO

194880

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günü Bizim.Media-nın masasında Güldanə Zərifin imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, şairə 3 kitab müəllifidir.
 

MÖVZU İLƏ BAĞLI:

 Gülyanaq Məmmədova türkmən dilində mahnı İFA EDİB - FOTO/VİDEO


Onun şeirləri əsasən vətənpərvərlik mövzusundadır.

Güldanə Zərif şeirlərində sevgi və məhəbbətdən də bəhs etdiyini deyib.

Hazırda yaradıcılıqla məşğul olan yazar sayca 3 və 4-cü kitablarının çapa hazırlandığını bildirib.

O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günüdür. Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival mayın 31-də öz işinə yekun vuracaq.











Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO