III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günü Türkmənistana HƏSR olunub – FOTO

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günü Türkmənistana HƏSR olunub – FOTO

Hazırda oxunan: III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günü Türkmənistana HƏSR olunub – FOTO

194831

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı bu gün Türkmənistana həsr olunub.

Bizim.Media-nın informasiya dəstəyi və Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci gününə start verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Yazar Mehmet Nuri Barmaqsız: “Azərbaycan və türk ədəbiyyatına maraq var” - FOTO 

 

Bizim.Media xəbər verir ki, festivalın bu günü Türkmənistan dövlət himni ilə başlayıb.

Gün ərzində festival iştirakçıları və qonaqlar üçün Türkmənistan ədəbiyyatından nümunələr və musiqilər səslənəcək.

Tədbirin davamında filologiya elmləri doktoru Esmira Fuad "Güney Azərbaycan ədəbiyyatı - dünəni, bu günü və sabahı" mövzusunda çıxış edərək cənublu soydaşlarımızın qayğılarından danışıb. Çətin şərtlər altında yazan cənublu şair və yazıçıların yaradıcılığına toxunub, nümunələr səsləndirib.

Eyni mövzuda Güney Azərbaycanda Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan Güney Azərbaycan Konqresinin sədri, İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Cəmiyyətinin təsisçisi Abdulla Əmir Haşimi çıxış edərək Güney Azərbaycan ədəbiyyatı haqqında danışıb. Cənubi Azərbaycan şair və yazıçıların keşməkeşli həyatından, ana dilini qorumaq üçün çəkdiyi məşəqqətlərdən söz açıb.
Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günüdür. Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival mayın 31-də öz işinə yekun vuracaq.

















Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO