"Şükür bu günə ki, artıq Şuşada yeni bir həyat başlayır və mən bu günlərin şahidiyəm. Təbii ki, bu günlərin şahidi olmaqla yanaşı, iştirakçısı olmaq da bir başqa xoşbəxtlikdir".
Bizim.Media xəbər verir ki, bu sözləri Şuşaya köç edən keçmiş məcburi köçkün İlhami Cəfərsoy jurnalistlərə açıqlamasında deyib.
"Ən böyük arzum Qarabağ Universitetində işləməkdir. İnşallah, yaxın günlərdə pedaqoji fəaliyyətimi orada davam etdirərəm", - deyə o əlavə edib.
Bizim.Media