Xəbər verdiyimiz kimi, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 6-ci günü keçirilir. Festival Türkiyə Cümhuriyyətinə həsr olunub.
Bizim.Media xəbər verir ki, festivalda Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliğinin ( İLESAM) sədri Mehmet Nuri Barmaqsız çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
Yazıçı Sevda Səfərlinin Şuşaya həsr olunan kitabları NÜMAYİŞ OLUNUB – FOTO
O, Türkiyədə Azərbaycan ədəbiyyatına münasibətdən söz açıb:
"Ümumiyyətlə, insanlar ədəbiyyatdan uzaqlaşiblar, gənclər romanları uzun hesab edirlər və qısa hekayələrə baxmaq istəyirlər. Yəni təkcə Azərbaycan ədəbiyyatı deyil, öz ədəbiyyatımıza da münasibət eynidir. İnsanlar kültürdən, şeirdən uzaq düşdülər. Amma buna rəğmən istər Azərbaycan, istərsə də türk ədəbiyyatı nümunələrini oxuyanlar var ".
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media