Xəbər verdiyimiz kimi bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının altıncı günüdür.
Bizim.Media-nın masasında Rəfiqə Qasımqızının (Abbasova) imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, ixtisasca həkim olan yazıçı əsasən uşaqlar üçün kitablar yazır.
MÖVZU İLƏ BAĞLI:
Şair Pərvanə Məmmədlinin İMZA günü keçirilib – FOTO
Rəfiqə Qasımqızı açıqlamasında bu imza günündə uşaqları görmək istədiyini və kitablarından onlara hədiyyə etmək istədiyini bildirib.
16 kitab müəllifi olan yazarın kitablarında şeir, tapmaca və nağıllar toplanıb.
O, həmçinin, böyüklər üçün də müxtəlif mövzularda əsərlər yazıb.
Rəfiqə Qasımqızı Azərbaycan Yazıçılar Birliyinin və Qazaxıstan Yazıçılar Birliyinin üzvüdür. "Qızıl qələm" mükafatçısıdır.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media