Kitab Festivalında türkiyəli yazarlar Azərbaycan mahnılarını İFA EDİBLƏR – FOTO/VİDEO

Kitab Festivalında türkiyəli yazarlar Azərbaycan mahnılarını İFA EDİBLƏR – FOTO/VİDEO

Hazırda oxunan: Kitab Festivalında türkiyəli yazarlar Azərbaycan mahnılarını İFA EDİBLƏR – FOTO/VİDEO

194666

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Türkiyədən gələn qonaqlar konsert proqramı ilə çıxış ediblər.

Bizim.Media xəbər verir ki, türkiyəli qonaqlar tədbirdə Türkiyənin məşhur mahnılarını ifa ediblər. Qonaqların həm Türkiyədə, həm Azərbaycanda məşhur olan "Nazəndə sevgilim", "Bu qala  daşlı qala" mahnısı böyük coşquyla qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyəli yazarlar III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında – FOTO 


Bundan başqa, səhnədə Türkiyə ədəbiyyatından şeirlər səsləndirilib.

Məlumat üçün bildirək ki, Türkiyəli yazarlar Əminə Uysal, Hatice Değirmeçi, Hakan Değirmençi, Zehra Öztürk, Günay Yalvaçı festivalda iştirak edərək, Bizim.Media-nın masasında kitablarını təqdim ediblər.

Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 6-cı günü start götürüb. Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival mayın 31-dək davam edəcək.

















Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO