Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media.nın masasında yazar Lalə Hüseynin imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, yazarın kitabları maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
Aqil Abbas: "Adamlar kitabdan qaçaq düşüb"
Yazıçı kitablarında daha çox psixoloji, sosial mövzulara toxunduğunu deyib.
Oxucular yazarın "Qaranlıq küçə", "Uğura son bir addım" kitabları ilə tanış olublar.
Yazar saytımıza açıqlamasında festivalın kitaba olan marağı, sözə olan dəyəri artırdığını deyib.
Gənc yazar bildirib ki, "Uğura son bir addım" kitabını şəxsi inkişaf janrında yazıb.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Bizim.Media