"Adamlar kitabdan qaçaq düşüb. Bu gün heç olmasa gəlib kitabı görürlər, alırlar. Açıq havada, belə gözəl tədbirlərin keçirilməsini alqışlayıram. Çox istərdim ki, belə tədbirlər rayonlarda da olsun. Kitabdan küsən insanları barışdırmaq lazımdır".
Bu fikirləri Bizim.Media-ya açıqlamasında III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının mahiyyəti barədə danışan millət vəkili Aqil Abbas deyib.
MÖVZU İLƏ BAĞLI:
Yazar Günel Natiqin imza günü keçirildi - FOTO
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Bizim.Media