Qazi şair Nadir Həsənoğlunun imza günü keçirildi - FOTO

Qazi şair Nadir Həsənoğlunun imza günü keçirildi - FOTO

Hazırda oxunan: Qazi şair Nadir Həsənoğlunun imza günü keçirildi - FOTO

194130

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair Nadir Həsənoğlunun imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, şairin kitabları maraqla qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şairə Esmira Günəşin imza günü keçirildi - FOTO


Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü olan gənc şairin "Qayıt gəl mənə" kitabı təqdim olunub.

O bildirib ki, sözügedən kitaba Nəriman Həsənzadə ön söz yazıb.

Şair saytımıza açıqlamasında festivalın kitaba maraq yaranmasında mühüm rol oynadığını bildirib.

O, kitabda sevgi mövzusunu tərənnüm etdiyini vurğulayıb.

Xatırladaq ki, qazi Nadir Həsənoğlu İkinci Qarabağ Müharibəsinin iştirakçısıdır. 4 medala layiq görülüb. Cəbrayıl, Zəngilan rayonlarının azad edilməsində fədakarlıq göstərib.

Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO