Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 2-ci imza günü keçirilib.
Bizim.Media-nın masasında şair Firəngiz Əhmədovanın kitabları da maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında daha 4 müəllifin imza günü keçirildi – FOTO
Müəllif saytımıza açıqlamasında yaradıcılığına 13 yaşlarından başladığını deyib.
2016-cı ildən AYB-nin üzvü, ixtisasca mühasib olan şairin “Üzümün sənsiz tərəfi”, “Sənsizliyin çəkisi”, “Yolların qəlbimin içindən keçir” kitabları sərgilənib.
Gözlərim kölgələnib
Doğranmış halqalı soğan kimi
Mən 1982-ci il
İyunun 24-də ölmüşəm
Lap anam doğan kimi...
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Bizim.Media