Xəbər verdiyimiz kimi, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ikinci günü öz işinə başlayıb.
Paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının qarşısındakı parkda təşkil olunan festivalda yazar Elşad Baratın kitablarının imza günü keçirilib.
Müəllifin Bizim.Media-nın masasında təqdim etdiyi “Ölümsüzlər”, “Bumeranq”, “İkinci ömür” kitabları oxucularda böyük maraq doğurub.
MÖVZU İLƏ BAĞLI:
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının İKİNCİ GÜNÜ - FOTO
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Bizim.Media