Bizim.Media-nın informasiya dəstəyi və Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ikinci günü öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, festivalın bu günü Özbəkistana həsr olunub.
MÖVZU İLƏ BAĞLI:
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ilk günündən YADDA QALANLAR – FOTOREPORTAJ
Özbəkistanın dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi anılıb. Özbəkistanla Azərbaycan arasındakı qədim əlaqələrdən bəhs olunub.
Çıxış edənlər hər iki ölkənin ədəbi və elmi əlaqələrindən söz açıblar.
AMEA-nın parkında (Hüseyn Cavid prospekti) səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Bizim.Media