Bu gün Gürcüstan mədəni ictimaiyyəti böyük teatr və kino aktyoru Kaxi Kavsadzeni itirib. O, keçən ilin dekabrında koronavirusdan qurtula bilsə də bu dəfə əcəl imkan verməyib. 86 yaşlı aktyor bu gün həyatla vidalaşıb.
Əslində o postsovet ölkələrinin hamısında sevilirdi.
Məşhur “Səhranın bəyaz günəşi» filmindəki xarizmatik Abdulla rolu ilə milyonların sevgisini qazanmışdı.
Onun filmdəki kəlmələri milyonların dilində replikaya çevrilmişdi.
O, unudulmaz Don Kixot rolu ilə də gürcü teatr və kinosunun ən cazibədar cəngavəri sayılırdı.
Sovet dövrü Gürcüstan kinematoqrafiyasının bütöv bir epoxası onunla bağlı olub.
Kaxi Davidoviç Kavsadze 5 iyun 1935-ci ildə Tbilisi şəhərində anadan olub.
Kaxi hələ məktəbdə oxuyarkən film çəkilişlərinə dəvət alıb. Orta məktəbi bitirdikdən sonra Tbilisidə Şota Rustaveli adına teatr institutuna daxil olub. 1959-cu ildə teatr aktyorluğu fakültəsini bitirib.
Müsahibələrdən birində o, belə deyir:
"Bilirsiniz ki, bu həyatda ən vacib şey nədir? Bir adam zarafat edərkən, digəri əgər onu başa düşürsə, bu fantastikadır! Və əslində, hər şey bununla başlayır - dostluq, sevgi və ailə. Mən hətta bu məsələni BMT-də müzakirə etməyi təklif edərdim: bütün dövlət rəhbərlərini toplayıb yumor anlayışının səviyyəsini yoxlamaq lazımdır."
"Anlayış yoxdursa, vəzifədən kənarlaşdırılsın və bir daha təyin olunmasın. İndi çoxları hesab edirlər ki, həyatda əsas şey puldur. Yox... Əsas odur ki, yumorun olsun".
Allah rəhmət eləsin!
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
16:25 / 27.04.2021
“Səhranın bəyaz günəşi” filmindəki Abdulla öldü - FOTO
Hazırda oxunan: “Səhranın bəyaz günəşi” filmindəki Abdulla öldü - FOTO
Hazırda oxunan: “Səhranın bəyaz günəşi” filmindəki Abdulla öldü - FOTO
19280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.