Şuşada 23 rəssamın əsərləri nümayiş olunur - FOTO

Şuşada 23 rəssamın əsərləri nümayiş olunur - FOTO

Hazırda oxunan: Şuşada 23 rəssamın əsərləri nümayiş olunur - FOTO

191715

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada işə başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 12-də “Qarabağnamə” adlı sərgi açılıb.

Bizim.Media xəbər verir ki, Şuşa şəhərində yerləşən Yaradıcılıq Mərkəzində açılan sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş olunur.

Qarabağın tarixinə, füsunkar təbiətinə boyalara həyat verən təsviri sənət ustalarımızın “Laləzar körpüsü”, “Saatlı məscidi”, “Azad Şuşa”, “Şuşa incisi”, “Ana Vətən” və digər əsərlərinin qarşısından dayanmadan keçmək mümkün deyil. Fırça ustalarımız Azərbaycanın dilbər guşəsi Qarabağa xüsusi həssaslıqla yanaşıblar. Qarabağın tarixi şəxsiyyətləri, başı qarlı dağları, çayları, dərələri əsərlərdə çox təbii alınıb.
Sərgidə rəssamların seçilmiş mövzulu əsərlərini səciyyələndirən ilkin xüsusiyyət rəng-forma cəlbediciliyidirsə, ikinci əsas şərt bədii ümumiləşdimələr aparmaları, Qarabağın tarixi ənənələrinə bələdçilik, ana təbiətə, adət-ənənələrimizə maraq və sevgidir.

Sərgilənən əsərlərdə Qarabağın stereotipləri, musiqi sənəti, süfrə mədəniyyəti, bayram coşqusu, milli mətbəxi kimi mövzular böyük həvəslə canlandırılıb.

Əsərləri nümayiş etdirilən rəssamlar da öz sevinclərini bölüşərək öz yaradıcılıqlarında bundan sonra da doğma, əziz Qarabağımıza və onun baş tacı olan Şuşaya xüsusi yer ayıracaqlarını bildiriblər.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO