Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Hazırda oxunan: Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

191483

Mədəniyyət Nazirliyi 13-17 may tarixlərində Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarələrinin tabeliyində olan musiqi, incəsənət məktəb və mərkəzlərinin direktor və direktor müavinləri üçün təlim təşkil edəcək.

Bizim.Media xəbər verir ki, təlimdə iştirakçılar 69 nəfər olmaqla 5 qrupa bölünəcəklər.

Təlim 15 saatlıq olmaqla 5 istiqamət üzrə - “İdarəçinin düşüncə tərzi”, “Effektiv ünsiyyət”, “Emosional zəka”, “Liderin 4 xüsusiyyəti”, “SWOT analiz və planlaşdırma” və “Vaxtın idarə edilməsi” mövzularını əhatə edəcək.
Təlimlər müasir dünya təcrübəsi əsasında rəhbər vəzifəli şəxslərdə peşəkar idarəetmə biliklərinin artırılması, onlara məsul olduğu proseslər və tabeliyində olan işçilərin daha effektli idarəetmə səriştələrini, məktəb idarəetməsində müasir yanaşmalar, mədəniyyət və yaradıcılıq sahələrində idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və digər mövzuları ehtiva edir.

Təlimlər başa çatdıqdan sonra iştirakçılara sertifikat veriləcək.

Təlimlər Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının müvafiq yarımbəndinə əsasən təşkil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO