Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev yeni yaranmış Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Mövzu ilə bağlı Bizim.Media-nın əməkdaşı Xalq artisti Afaq Bəşirqızı əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Rasim Balayev Kinematoqrafçılar İttifaqının SƏDRİ SEÇİLDİ
Aktrisa qurumdakı sədr dəyişikliyini qısa olaraq belə şərh edib:
“Üzürlü səbəblərə görə keçirilən iclasda iştirak edə bilmədim. Ümid etmək istəyirəm ki, Rasim Balayevin sədr seçilməsi kino sahəsinə inkişaf gətirəcək. İndi bu dəqiqə hadisələr elə cərəyan edir ki, heç bir insan haqda əvvəlcədən proqnoz vermək düzgün olmaz. İşləsin, bir müddət görək bu sahədə necə, nə cür və hansı dəyişikliklər olacaq”.
Rəşad Əliyev, Bizim.Media