Moskvada Qod Nisanova Azərbaycanın “Dostluq” ordeni TƏQDİM OLUNUB - VİDEO

Moskvada Qod Nisanova Azərbaycanın “Dostluq” ordeni TƏQDİM OLUNUB - VİDEO

Hazırda oxunan: Moskvada Qod Nisanova Azərbaycanın “Dostluq” ordeni TƏQDİM OLUNUB - VİDEO

180685

Azərbaycan əsilli rusiyalı iş adamı “Kiyevskaya Ploşad” şirkətinin Direktorlar Şurasının sədri Qod Nisanova  Azərbaycan Respublikasının “Dostluq” ordeni təqdim olunub.

Bizim.Media xəbər verir ki, mükafatlandırma mərasimi Azərbaycanın Moskvadakı səfirliyində  baş tutub.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qod Nisanovun xidmətlərindən danışıb:

“Mən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığını böyük məmnuniyyətlə yerinə yetirirəm və xalqımız qarşısında göstərdiyiniz xidmətlərə görə sizə mükafatlandırıldığınız “Dostluq” ordenini təqdim etmək istəyirəm. Siz Rusiyada yaşayan Azərbaycan nümayəndələri üçün çox şey edirsiniz, soydaşlarımıza kömək edirsiniz. Səfirlik kimi işimizdə biz bilirik ki, sizə kömək üçün müraciət etdiyiniz zaman problemləri operativ və yüksək səviyyədə həll edirsiniz. Biz sizin “Krasnaya Slaboda” və bütün Azərbaycanda gördüyünüz gözəl işlər haqqında bilirik. Biz fəxr edirik ki, Azərbaycandan olan insanlar Vətənimizi ləyaqətlə təmsil edirlər. Biz sizin uğurlarınızdan çox razıyıq və sizə daha böyük uğurlar arzulamaq istəyirəm”, - deyə səfir bildirib.

Qod Nisanov qeyd edib ki, bu, bütün azərbaycanlılar üçün bir mükafatdır:

"Dostluq ordeni mənim üçün simvolikdir. Bu, təkcə mənim deyil, Azərbaycanı canı ilə dəstəkləyən bütün soydaşlarımın mükafatıdır. Azərbaycan bizim bir parçamızdır, həyatımızın bir parçasıdır və Azərbaycana getməkdən xoşbəxtik. Harada oluruqsa olsun, taleyimiz Azərbaycanla bağlıdır”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qod Nisanov xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
 


 

 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO