"Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə “Yeriyən Düşüncə” Festivalı KEÇİRİLƏCƏK 

Hazırda oxunan: "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə “Yeriyən Düşüncə” Festivalı KEÇİRİLƏCƏK 

175222

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə "Yeriyən Düşüncə" Youth Fashion Festivalı keçiriləcək. 

Bizim.Media xəbər verir ki, festivalda iştirak etmək istəyənlər üçün qeydiyyata artıq start verilib.

Festivalda 16-30 yaş aralığında yeniyetmələr və gənclər iştirak edə bilərlər. 

Festivala qatılmaq üçün son qeydiyyat tarixinə kimi özünün hazırladığı geyim modelini və ya eskizini təqdim edən şəxslər ilk növbədə seçim mərhələsində iştirak edəcəklər. Seçim mərhələsindən sonra seçilən eskizlər və geyimlər festivalda iştirak etmə haqqı qazanacaq.

Qeyd edək ki, seçilən eskizlər geyim formasında festival günündən 1 həftə öncə təhvil verilməlidir. Son qeydiyyat tarixi 20 fevral 2024-cü ildir. 

Qeydiyyatdan keçmək istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

(+994) 50-717-57-55

(+994) 55-717-57-55

(+994)99-785-59-55.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO