Qarabağa aid filmlərin çəkilməsinə nə MANE OLUR? – Deputatdan AÇIQLAMA 

Qarabağa aid filmlərin çəkilməsinə nə MANE OLUR? – Deputatdan AÇIQLAMA 

Hazırda oxunan: Qarabağa aid filmlərin çəkilməsinə nə MANE OLUR? – Deputatdan AÇIQLAMA 

173099

Amerikanın Kino Sənəti Akademiyası Oskar film mükafatlarına namizədlərin qısa siyahısını təqdim edib.

“Beynəlxalq bədii film” kateqoriyasında 15 film təqdim olunub, onun içərisində Ermənistanın çəkdiyi "Amerikalı” filmi də yer alıb. Filmin rejissoru Maykl Qurcyandır, film qondarma erməni soyqırım zamanı sağ qalan və ABŞ-a gedən bir gəncin həyatından bəhs edir. 

Azərbaycanda Qarabağ müharibəsinə həsr edilmiş bir neçə film var. 44 günlük qələbəmizdən sonra bu sahədə daha uğurlu filmlərin çəkiləcəyi, beynəlxalq müsabiqələrə təqdim olunacağı gözlənilirdi. Lakin hələki İkinci Qarabağ müharibəsindən bəhs edən və səs-küy yaradan yeganə film rejissor Vaqif Mustafayevin çəkdiyi “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunub. Bu mövzuda bir neçə rejissorun qısa filmi də nümayiş olunanlar arasındadır. Amma tammetrajlı bədii filmlər çox azdır.

Bəs, Azərbaycanda nə zaman Qarabağa aid dünyaya çıxacaq filmlər çəkiləcək? Belə filmlərin çəkilməsinə nə mane olur?

Onu qeyd etmək yerinə düşər ki, ötən il ölkəmizdə kino sahəsi ilə bağlı bir sıra yeniliklər olub. Belə ki, 2023-cü ildə Kino Agentliyi yaradıldı, Kino Forumu keçirildi və ölkədə fəaliyyət göstərən iki kino ittifaqı bir ad  altında birləşdi. Bizə hələlik bunların gələcəkdə film sənayesinin inkişafında mühüm rol oyanacağına inanmaq qalır.

“Yaxşı filmlərimiz var”

Milli Məclisin deputatı, “Dolu” filminin ssenari müəllifi Aqil Abbas məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında burada siyasi məsələlərin rol oynadığını deyib:

“Azərbaycanda xeyli yaxşı film var. Sadəcə, “Oskar” dediyiniz yer siyasi təşkilatdır. Onlar erməniləri gözümüzə soxmaq üçün erməni filmini ora dəvət ediblər. Bütün dünya bilir ki, erməni soyqırımı olmayıb, amma bundan istifadə edirlər. Yəni, bunu dərd eləmək lazım deyil. Gün gələr biz sözümüzü deyərik”.

Deputat son illər ölkədə bir neçə dünya səviyyəli filmin çəkildiyini bildirib:

““Sarı gəlin”, “Yalan” filmi son illərdə ölkədə çəkilən dünya səviyyəli filmlərdir. “Fəryad” və “Dolu” filmi müharibə ilə bağlıdır, döyüş səhnələri var. Dünya müsabiqələri ona görə bunu qəbul etmirlər. Döyüş səhnələri olan filmləri isə beynimizə yeridirlər, amma bizim elə filmlərimizi qəbul etmirlər, eləməyəcəklər də… “Yalan” çox gözəl filmdir, məmnuniyyətlə istərdim ki, orada iştirak eləsin. Amma qəbul etməzlər, çünki “Oskar” siyasidir. “Nobel” mükafatı da siyasidir”.

Yazıçı İkinci Qarabağ müharibəsindən bəhs edən film üçün yazdığı ssenarinin artıq hazır olduğunu qeyd edib:

“Ssenari hazırdır, hələ təqdim eləməmişəm”.

Günay Şahmar, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO